iyl
2023
13:47
464

SON DƏQİQƏ: Rəşad Dağlının məhkəməsi baş tutdu: ŞOK CƏZA

7 iyl, 2023
13:47
464

SON DƏQİQƏ: Rəşad Dağlının məhkəməsi baş tutdu: ŞOK CƏZA

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Den.az “Qafqazonfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən
iclasda prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.

Prokuror Rəşad Dağlının qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Meyxanaçı təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.

Qeyd edək ki, R. Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar