iyl
2023
19:42
211

Çirkab və fekal suların birbaşa Xəzər dənizinə axıdılmasının tam qarşısı bu vaistə ilə alına bilər

7 iyl, 2023
19:42
211

Çirkab və fekal suların birbaşa Xəzər dənizinə axıdılmasının tam qarşısı bu vaistə ilə alına bilər -ÖZƏL / FOTO

Xəzər dənizinə axıdılan çirkab və fekal suların qarşısına tam alına bilər. 


"Den.az" xəbər veri ki, bu məqsədlə (Binəqədi,Buzovna, Bilgəh, Pirşağı və Sumqayıt ) törəmə müəssisəsi olaraq “Azsu Ekoloji Qurğu”  MMC yaradılıbMMC -nin direktoru Famil Alkərov Den.az-a bildirib ki, ilkin olaraq qurğuların quraşdırılmasının əsas səbəbi Xəzər dənizinin sahil zolağında təqribən 95 km-lik məsafədəki ərazidə formalaşan sahibsiz çirkab suların, yaranmış gölməçə və bataqlıqlarda formalaşan çirkab suların drenaj üsulu vasitəsi ilə təmizlənərək Xəzər dənizinə axıdılması idi. Hazırda Cəmiyyətin fəaliyyətinin əsas məqsədi Xəzər akvatoriyasına axıdılan tullantı suların yol verilən qatılıq həddinə qədər (YVSH) təmizlənməsi, dəniz sularının çirklənmədən azad olunması və mikrobioloji vəziyyətin normaya gətirilməsidir.

  Məlumat verilib ki, Cəmiyyətin nəzdində tullantı suların təmizlənməsi üçün modul tipli 4 ədəd dezinfektor və 13 ədəd bioloji təmizləyici olmaqla 17 ədəd təmizləyici qurğu fəaliyyət göstərir ki, hal hazırda Sumqayıt və Pirşağı ərazilərində mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar 5 ədədi fəaliyətsizdir. Qurğuların gücü – 2,9 mln m3/ildir və hazırda 86 km sahil zolağını əhatə edir.1 saylı modul tipli çirkab sutəmizləyici qurğu Bilgəh qəsəbəsində yerləşir. Gündəlik gücü 500m/gün olan qurğuya Bilgəh Kardioloji Sanatoriyası, Yeni Bilgəh oteli  və ətraf ərazilərdən gələn çirkab sular yönəldilir.2 saylı  modul tipli çirkab sutəmizləyici qurğu Sumqayıt  sahil zolağında Kalyon istirahət mərkəzinin ərazisində yerləşir. Gündəlik gücü 150 m3/gün-dür. Hal- hazırda fəaliyyət göstərmir.3 saylı modul tipli çirkab sutəmizləyici qurğu Pirşağı qəsəbəsində yerləşir. Gündəlik gücü    240 m3/gün-dür. Hal- hazırda fəaliyyət göstərmir.4 saylı modul tipli çirkab sutəmizləyici qurğu Buzovna qəsəbəsində yerləşir. Gündəlik gücü 500 m3/gün-dür. Bu qurğuya ətraf ərazilərdə formalaşan çirkab sular nəql edilir.5 saylı modul tipli çirkab sutəmizləyici qurğu Buzovna qəsəbəsində yerləşir. Gündəlik gücü 120 m3/gün-dür. Bu qurğuya ətraf ərazilərdə və istirahət mərkəzlərində formalaşan çirkab sular yönəldilir.6 saylı modul tipli çirkab sutəmizləyici qurğu Pirşağı qəsəbəsində yerləşir.  Gündəlik gücü   350 m3/gündür. Hal- hazırda fəaliyyət göstərmir.7 saylı modul tipli çirkab sutəmizləyici qurğu Pirşağı qəsəbəsində yerləşir.  Gündəlik gücü 350  m3/gün olan qurğu və 2500m3/gün olan dezinfeksiya  hovuzundan ibarətdir. Hal- hazırda fəaliyyət göstərmir.8 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü  240 m3/gün olan qurğuya ərazidə  formalaşan fekal və qrunt suları yönəldilir. 9saylı modul tipli çirkab sutəmizləyici qurğu Bilgəh qəsəbəsində yerləşir. Gündəlik gücü 500 m/gün olan qurğuya “Paşa İnşaat”MMC  və Bakı Metropoliteni QSC-dən  gələn çirkab sular nəql edilir. 10 aylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü   600 m3/gün olan qurğuya ərazidə  formalaşan fekal və qrunt sular nəql edilir. 11 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü   600 m3/gün-dür. Qurğuya ərazidə  formalaşan fekal və qrunt sular nəql edilir.12 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü 100 m3/gün olan qurğuya ərazidə  formalaşan fekal və qrunt suları nəql edilir.

13 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü 100 m3/gün olan qurğuya ərazidə  formalaşan fekal və qrunt  suları nəql edilir. 

 14 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü 100 m3/gün olan qurğuya ərazidə   formalaşan fekal və qrunt  suları nəql edilir.

15 saylı modul tipli çirkab sutəmizləyici qurğu Sumqayıt sahil zolağında yerləşir.  Gündəlik gücü 500 m3/gün –dür.Hal-hazırda fəaliyyət göstərmir.

16 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü 250 m3/gün olan qurğuya AF Aquapark Hotelinin və ətraf ərazilərin qrunt suları nəql edilir.

17 saylı modul tipli çirkab sutəmizləyici qurğu Novxanı qəsəbəsində yerləşir.  Gündəlik gücü   250 m3/gün olan qurğuya ərazidə  formalaşan fekal və qrunt  suları nəql edilir.

Məlumat üçün bildiririk ki, qurğuların iş prinsipinin keyfiyyət göstəricilərinə nəzarət məqsədilə “Azsu Ekoloji Qurğu” MMC Ekologiya və Təbii Sərvətlər nazirliyi nəzdində yaradılıb “AzeLab” MMC ilə müqavilə bağlayıb və mütəmadi olaraq quğuların çıxışından götürülən nümunələrin analiz nəticələri norma daxilində olub.

  2021-ci il ərzində mövsümi xarakterli müqavilələr də daxil olmaqla  ümumilikdə 74, 2022-ci ildə isə 79 obyekt , istirahət Mərkəzləri, fərdi sahibkarlar və sairə ilə müqavilə bağlanaraq xidmət göstərilib. 

Təklif: Modul tipli bu qurğular ehtiyac olduqda tələbata uyğun olaraq kanalizasiya xəttinin olmadığı  digər sahilboyu ərazilərə köçürülərək istismar edilə bilir. Xəzər dənizinin su bioloji resurslarının mühafizəsinə və çirklənməsinin minimuma endirilməsinə nail olmaq məqsədilə çirkab və fekal suların birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını alaq və qurğuların xidmətindən istifadə edək.



Den.az 

 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar