iyl
2023
02:04
174

Zelenski: Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır

8 iyl, 2023
02:04
174

Zelenski: Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır

Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır.

Məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, türkiyəli həmkarı ilə Rusiyanın Ukraynanın şərqində işğal etdiyi ərazilər və Krımdakı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Zelenski həmçinin, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib.
“Lakin Rusiya gəmilərin hərəkətinə maneə olur. Rusiya Qara dənizdə özünü yeganə sahib hesap edir.
Bizim Türkiyə ilə əməkdaşlığımız bir çox sahələrdə həyata keçirilir. Vacib olan birlikdə açlıq və sosial xaosun qarşısını almaqdır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar