iyl
2023
17:57
200

Baş Prokuror Naxçıvanda hərbi qulluqçulara hədiyyələr verdi

9 iyl, 2023
17:57
200

Baş Prokuror Naxçıvanda hərbi qulluqçulara hədiyyələr verdi

Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində hərbi prokurorluğunun əməkdaşları və Müdafiə Nazirliyinin Sədərək rayonunda yerləşən N saylı hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüb, onlara hədiyyələr təqdim edib.

Den.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulayıb.

Prokurorluq orqanlarının tərkin hissəsi olan Hərbi Prokurorluğun, o cümlədən Naxçıvan hərbi prokurorluğunun əməkdaşlarının qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqlar, həmçinin müharibədən sonrakı dövrdə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmələri yüksək qiymətlədirilib.

Vurğulanıb ki, Naxçıvan Hərbi Prokurorluğunda yaradılan şərait, peşəkar və perspektivli kollektiv, onların səmərəli iş fəaliyyəti imkan verəcək ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da layiqincə icra edilsin.

Hərbi Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Daha sonra Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar