iyl
2023
19:54
215

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

9 iyl, 2023
19:54
215

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alan var.

Den.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "Chevrolet" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində rayonun Atakişili kənd sakini
57 yaşlı Həşimov Qabil Əjdər oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Onun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar