Xəbərin Kateqoriyası: Şou-Biznes

"Anam biznes leydi olub" - Fatimə keçmişindən danışdı

Rəqqasə Fatimə Fətəliyeva ATV-də yayımlanan "Ulduzlu yayım" verilişinin ilk qonağı olub. "Qafqazinfo" xəbər verir ki, o, proqramda keçmiş günlərini yada salaraq ağlayıb.

Rəqqasə efirdə "Çox əziyyət çəkmişəm. Elə günüm olub ki, qızım ət istəyib ala bilməmişəm. Çox yaxşı yaşamışam, amma sonra düşmüşük. Həmin günləri görən biri kimi, çalışıram indi heç kimin qəlbini sındırmayım. Məni o qədər sındırmaq istəyiblər" deyə açıqlama verib.

Fatimən ağlayan görüntüləri sosial şəbəkələrdə paylaşılıb, müzakirə mövzusuna çevirilib. Hər kəs Fətəliyevanı tənqid edib.

O, bu gün instaqram səhifəsində həmin görüntülər barədə status yazıb: "Çoxları yazır ki, nəinki ət, biz kartof da tapmamışıq. Açıqlamama aydınlıq gətirmək istəyirəm. Bəli, bilən bilir ki, mən necə bir ailədə göz açmışam. 19 yaşıma kimi rahat yaşamışam. Amma təəssüflər olsun ki, atamı itirmişəm. Daha sonra kədərli günlərimiz başlayıb. Anam neçə ilin biznes leydisi olub. Xəz-dəri satışı ilə bağlı mağazaları olub.

Amma müflis olmuşuq, çarəsiz qalıb evlərimizi satmışıq, kirayə yaşamışıq. Hər kəsin başına gələ bilər. Oldu, keçdi! Çoxları yazır ki, artistlik edir. Hər kəs pis günün xatırlayanda kövrələ bilər. Heç kim keçmişini unutmamalıdır və bilmək olmaz ki, sabah başımıza nə gələ bilər. Əziyyət çəksəm də indi ayaq üstdəyəm. Gərək insan yaxşı günlərinin qədrini bilsin".

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız