11 
iyl
2023
14:07
233

DTX-nin saxladığı terrorçu bu binaları izləyib - Hədəfdə olan səfirlik...

11 iyl, 2023
14:07
233

DTX-nin saxladığı terrorçu bu binaları izləyib - Hədəfdə olan səfirlik...

Xəbər verdiyimiz kimi, iyulun 10-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşını saxlayıb.

Nazirliyin 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) saxlanılması ilə bağlı yaydığı məlumatda qeyd olunurdu:

"Adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib".

Qeyd edək ki, DTX Əfqanıstan vətəndaşının Bakıda hansı ölkənin səfirliyində terror aktı törədəcəyini açıqlamamışdı. Ancaq xarici KİV-də bu məsələ ilə bağlı ilginc versiya səsləndirilib.

Den.az Bakupost.az-a istinadən xəbər verir ki, İsrail KİV saxlanılan Favzan Musa Xanın bu ölkənin Bakıdakı səfirliyinə qarşı terror aktı planlaşdırdığını yazıb.
İsrail mətbuatının məlumatına görə, saxlanılan Fəvzan Musa Xan İsrailin Bakıdakı səfirliyini izləyib:

"Təhlükəsizlik xidmətlərinin yaydığı fotoşəkillərə görə, əfqan Fəvzan Musa Xan, bir sıra digər səfirliklərlə yanaşı İsrailin Bakıdakı səfirliyinin yerləşdiyi Hyatt Regency otel kompleksini izləyib. Təhlükəsizlik xidmətləri şübhəlinin müşahidəsinin əməliyyat görüntülərini də yayıb.
İsrail mediası yazır: “Son aylarda terrorçu qruplar tərəfindən hazırlanan və Azərbaycandakı İsrail və yəhudi hədəflərinə yönələn bir neçə hücum cəhdinin üstü açılıb”, - deyə İsrail mətbuatı yazır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar