12 
iyl
2023
01:12
417

Sumqayıtda qadın kurs rəhbəri işə düzəltmək adı ilə dələduzluq edib

12 iyl, 2023
01:12
417

Sumqayıtda qadın kurs rəhbəri işə düzəltmək adı ilə dələduzluq edib – SƏS YAZISI

Sumqayıtda kurs rəhbəri dələduzluq edərək vətəndaşların pullarını mənimsəyib. 


"Den.az" xəbər verir ki, özünü “Sumqayıt Business Center”də yerləşən “ZM Language Centre” özəl kursunun rəhbəri kimi təqdim edən Zərinə Səfixanova müəllim, müəllim köməkçisi kimi vəzifələrə işə düzəltmək adı ilə vətəndaşlardan fərqli miqdarda pullar alıb.

Z. Səfixanova zərərçəkənlərə 1-2 dərs müəllimlik kursu keçir, sonra isə sertifikat vermək və gələcəkdə işlə təmin etmək adı ilə 300-400 manat pul alır.


Həmçinin Z. Səfixanova guya ki xəstə uşağının əməliyyata ehtiyacı olduğu üçün vətəndaşın etibarından sui-istifadə edərək 5000 manatdan çox pulu mənimsəyib.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar