12 
iyl
2023
10:30
114

Azərbaycanda qeydiyyatda olan nə qədər narkotik istifadəçisi var?

12 iyl, 2023
10:30
114

Azərbaycanda qeydiyyatda olan nə qədər narkotik istifadəçisi var?

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilib.

Bu barədə Den.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar