12 
iyl
2023
14:43
398

"Get öz qapının ağzında söyüş söy" NOVXANIDAKI QƏTLİN TƏFƏRRÜATLARI MƏLUM OLDU -FOTO/VİDEO

12 iyl, 2023
14:43
398

"Get öz qapının ağzında söyüş söy" NOVXANIDAKI QƏTLİN TƏFƏRRÜATLARI MƏLUM OLDU -FOTO/VİDEO

Abşeron rayonu Novxanı kəndində qonşular arasında baş verən qətlin təfərrüatları məlum olub.

“Den.az” xəbər verir ki, hadisə Novxanı kəndində, “Xan Şuşuniski” küçəsində fərdi yaşayış evində qeydə alınıb.


Belə ki, iyulun 11-i saat 21:00 radələrində 1977-ci il təvəllüdlü Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1980-ci il təvəllüdlü Cavanşir Əliyevin aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi müəyyən edilib. Hadisə nəticəsində sonuncu aldığı xəsarətlərdən həyatını itirib.

Şahidlər “Den.az”ın hadisə yerində olan əməkdaşına qonşular arasında ilk əvvəl dava olduğunu bildiriblər. Belə ki, Cavanşir Əliyev bir neçə dostu ilə mərhum Şahlar Qasımovun yaşadığı ünvanın qarşısına gələrək söyüş söyüb. Buna qəzəblənən Şahlar Qasımov, “Cavanşir get öz qapında söyüş söy”  ifadəsini işlədib. Bunu həzm edə bilməyən Cavanşir mübahisə sonrası əlini cibindəki bıçağa atıb və Şahların ayağına zərbə endirib. Bıçaq şah damara nüfuz etdiyindən Şahlar qan itirməsindən keçinib. Mərhumun yaxınları qətli törətməkdə şübhəli bilinən Cavanşır Əliyevin narkotik maddə aludəçisi olduğunu deyiblər.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cavanşir Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar