12 
iyl
2023
17:48
175

SDU-nun professoru məsuliyyətə cəlb edilib

12 iyl, 2023
17:48
175

SDU-nun professoru məsuliyyətə cəlb edilib - FOTO

"Ali Attestasiya Komissiyasının elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. 

"Den.az" Baş Prokurorluğa istinadən xəbər verir ki, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib".
Qeyd edək ki, Şəfa Əliyev Sumqayıt Dövlət Universitetinin professorudur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar