13 
iyl
2023
22:30
184

Priqojinin üsyanından sonra 13 yüksək rütbəli rus hərbçisi saxlanılıb

13 iyl, 2023
22:30
184

Priqojinin üsyanından sonra 13 yüksək rütbəli rus hərbçisi saxlanılıb

“Vaqner” özəl hərbi şirktinin təsisçisi Yevgeni Priqojinin Moskvaya qarşı “uğursuz üsyanı” başa çatdıqdan bir neçə saat sonra Rusiya Silahlı Qüvvələrinin 13 yüksək rütbəli komandiri saxlanılıb, daha 15-i işdən çıxarılıb və ya xidmətdən kənarlaşdırılıb.

Den.a
z bildirir ki, bu barədə “ The Wall Street Journal" öz mənbələrinə istinadla məlumat yayıb. 

Mənbənin iddiasına görə, həbslər Kremlin hesab etdiyi kimi, “artıq etibar etmək mümkün olmayan” şəxslərin təmizlənməsi ilə bağlıdır.

Məqalədə bildirilir ki, saxlanılanlar arasında Aerokosmik Qüvvələrin baş komandanı Sergey Surovikin də var. Onun saxlanılması barədə daha əvvəl digər KİV-lər məlumat yayıb.

“ The Wall Street Journal”ın mənbələrinə görə, Surovikinin üsyandakı rolu ilə bağlı sorğu-sualları davam edir.

Daha əvvəl “The New York Times“ qəzeti kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmilərinə istinadən yazdığı kimi, Surovikinin Priqojinin planlarından xəbəri olduğu iddia edilir.

Rəsmi olaraq, Sergey Surovikinin harada olduğu barədə heç bir məlumat verilməyib, lakin çərşənbə günü Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Surovikinin "hələ əlçatmaq olmadığını" söyləyib, çünki o, "indi istirahət edir".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar