16 
iyl
2023
14:24
320

Lənkəranda DSMF-nin mühafizəçisi iş yerində ölmüş vəziyyətdə tapılıb

16 iyl, 2023
14:24
320

Lənkəranda DSMF-nin mühafizəçisi iş yerində ölmüş vəziyyətdə tapılıb

Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb.

Den.az  "Report"a istinadən xəbər verir ki, Cənub bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu iş yoldaşları tərəfindən gözətçi otağında ölmüş vəziyyətdə aşkar olunub.

Dərhal təcili yardım xidmətinə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar