16 
iyl
2023
22:29
448

Uşaq İncəsənət Festivalının 2-ci mərhələsi bitdi-FOTO

16 iyl, 2023
22:29
448

Uşaq İncəsənət Festivalının 2-ci mərhələsi bitdi-FOTO


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə yekun vurulub. 

Festivalın 2-ci mərhələsində region üzrə 206 nəfər iştirakçı mübarizə aparıb. İştirakçılar 14 nominasiyada - piano, klassik simli alətlər, Azərbaycan Xalq Çalğı Alətləri ifaçılıqları, akademik vokal, estrada oxuma, xor, xanəndəlik, aşıq sənəti, solo milli rəqs, milli rəqs ansamblı, aktyorluq, bədii qiraət, dekorativ tətbiqi sənət və rəssamlıq nominasiyalarında bacarıqlarını göstəriblər. 

Qeyd edək ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə keçirilən festivalın 2-ci mərhələsi bir məntəqədə - Salyan Dövlət Kukla Teatrında reallaşıb.











Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar