17 
iyl
2023
18:40
879

“Üstüaçıq kənddənəm” dedi və həbs edildi- BAKIDA QƏRİBƏ HADİSƏ

17 iyl, 2023
18:40
879

“Üstüaçıq kənddənəm” dedi və həbs edildi- BAKIDA QƏRİBƏ HADİSƏ

Bakının Nizami rayonunda qəribə hadisə baş verib.

Den.az bildirir ki, News24.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Şəmkir rayon sakini Nazim Muxtarov (ad-soyad şərtidir-red) işlətdiyi yersiz ifadəyə görə həbs edilib. 

Belə ki, polis əməkdaşları yolda onu saxlayaraq sənədlərini təqdim etməsini istəyiblər. Onlar Nazimdən haradan olduğunu soruşanda, o, "Üstüaçıq kəndindənəm" deyə cavab verib. Onun sayğısız cavabı mübahisəyə səbəb olub.

N.Muxtarov davranışına görə saxlanılaraq 24-cü polis bölməsinə aparılıb Onun barəsində protokol tərtib edilib və Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə işə hakim Mətanət Hacıyeva baxıb. Saxlanılan şəxs heç bir günahının olmadığını deyib: 

"Saat 21:00 radələrində küçədə velosipedlə gedən zaman ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşaraq şəxsiyyətimi təsdiq edən sənədi təqdim etməyimi tələb etdilər. Həmin polis əməkdaşlarını tanışım olan polis əməkdaşları ilə səhv salaraq şəxsiyyət vəsiqəsimi verməyərək, zarafatla “Üstüaçıq kənddənəm"  dedim. Sonra polis əməkdaşları məni şöbəyə dəvət etdilər. Mən də şəxsiyyət vəsiqəsini təqdim edərək onlarla birgə bölməyə getdim və heç bir müqavimət göstərmədim”.

Məhkəmə iclasında Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri T.R də ifadə verib. O deyib: 
“Bir nəfər şəxsin velosipedlə yolda gedərkən avtomobillərə maneçilik törətdiyini müşahidə etdik. Qəza şəraiti yaratdığına görə ona dedik ki, velosipedi yolun kənarı ilə idarə et. Həmin şəxs yüksək səslə, aqressiv, kobud danışmağa başladı və polisin ünvanına nalayiq ifadələr işlətdi. Ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etdikdə, sənədin üstündə olmadığını və Üstüaçıq kənddən olduğunu bildirdi. Polis şöbəsinə dəvət etdikdə isə bizi əli ilə itələdi. Onu şöbəyə apararaq şəxsiyyətini müəyyən etdik”.

Nizami Rayon Məhkəməsinin 11 iyul tarixli qərarı ilə N.Muxtarova 10 gün inzibati həbs cəzası verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar