20 
iyl
2023
23:19
234

Hacıqabulda ağır qəza - Ölən var

20 iyl, 2023
23:19
234

Hacıqabulda ağır qəza - Ölən var

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Den.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Padarçöl kəndində qeydə alınıb.
 
Qəza zamanı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
 
Nəticədə Sabirabad rayon sakinləri, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu, 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu və Nurlan Abdullayev Seymur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Digər ağır yaralı Sabirabad sakini, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu xəstəxanada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar