21 
iyl
2023
12:30
187

Efirdə jurnalistə nazir yumruq davasına çıxdı - VİDEO

21 iyl, 2023
12:30
187

Efirdə jurnalistə nazir yumruq davasına çıxdı - VİDEO

Livanda xüsusi televiziya proqramına qatılan jurnalistlə keçmiş nazir arasında mübahisə davaya çevrilib.

Den.az Oxu24.com-a istinadən xəbər verir ki,Mərkəzi Livanın paytaxtı Beyrutda yerləşən “MTV” televiziyasında yayımlanan “Vaxtı gəldi” siyasi diskussiya proqramında Livanın yüksək səviyyəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

Canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə şifahi mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar.

Vahabın Fadelə qələm atmasından sonra mübahisə qısa zamanda yumruq davasına çevrilib. Daha sonra studiyadakı bəzi qonaqlar duetin davasına qarışıb.

Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Sosial mediada yayılan görüntülərə görə, bölgədəki əsgərlər kütləni ayırmaq üçün müdaxilə edib.
[media=]
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar