21 
iyl
2023
19:32
168

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti dənizdə qanunsuz balıq ovu edənləri saxlayıb

21 iyl, 2023
19:32
168

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti dənizdə qanunsuz balıq ovu edənləri saxlayıb -FOTO

Dənizdə qanunsuz balıq ovu edənlər müəyyən edilib.
"Den.az" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Pirallahı rayon sakinləri Cəfər Əskərov, Zahid Nəbiyev və Siyəzən rayon sakini Xəyal Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

X.Mirzəyevin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı, Xaçmaz, Siyəzən rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 1190 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar