22 
iyl
2023
00:01
143

22 İyul – Milli Mətbuat və Jurnalistika Günüdür

22 iyl, 2023
00:01
143

22 İyul – Milli Mətbuat və Jurnalistika Günüdür

Ötən 148 ildə şərəfli bir yol keçən milli mediamız daim müasirləşərək təkmilləşmiş, Azərbaycan jurnalistləri öz mühüm funksiyalarını hər zaman peşəkarlıqla həyata keçirmiş və bu gün də səmərəli fəaliyyəti ilə fərqlənirlər.

Fədakar və çox gərəkli əməyinizin dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilməsi isə bütövlükdə jurnalist fəaliyyətinə verilən ali dəyərin ifadəsi olaraq xüsusi qeyd edilməlidir.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail oldu və qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü gördü. Bununla Azərbaycan mətbuatının əsası qoyuldu.
  "Əkinçi" qəzeti xalqın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynadı.
  Qəzetin müttərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlandı.
  XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1880-1890-ci illər) qəzetləri nəşrə başladı.
  XX əsrin əvvələrində C.Məmmədquluzadə, M.Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Həmin dövrdə "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
  1906-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu.
  Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
  Bu gün ölkədə yüzlərlə mətbu orqanı qəzet və jurnal fəaliyyət göstərir.
  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Bu əlamətdar gündə daim inkişaf edən işgüzar münasibətlərimizi də böyük məmnunluqla vurğulayaraq hər birinizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq.

Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar