22 
iyl
2023
19:12
213

Ərəblər Mbappeyə 400 milyon verməyə hazırdır

22 iyl, 2023
19:12
213

Ərəblər Mbappeyə 400 milyon verməyə hazırdır

Dünən məlum olub ki, PSJ hücumçunu Yaponiya turnesi ərizəsinə daxil etməyib və satışa çıxarıb.

Den.az bildirir ki, “RMC Sport”un jurnalisti Fabris Hokins xəbər verir ki, "Çelsi" fransalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. London klubu transfer imkanlarını araşdırır və hələ ki rəsmi təklif verməyib. Ən azı bir başqa ingilis klubu da Mbappeni dəvət etməkdə maraqlıdır.

“Əl-Hilal”ın da futbolçunu almaq istədiyi də qeyd edilir. Ər-Riyad klubu Kiliana ümumi ödənişi 400 milyon avro olan 2 illik müqavilə təklif etməyə hazırdır. Səudiyyəlilər hücumçunun transferi üçün PSJ-yə 200 milyon avro təklif edə bilər.

Ötən mövsüm Liqa 1-də 34 oyunda Mbappe 29 qol vurub və 5 məhsuldar ötürmə edib. 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar