23 
iyl
2023
00:25
217

Banqladeşdə sərnişin avtobusu gölməçəyə düşdü: Azı 17 nəfər öldü

23 iyl, 2023
00:25
217

Banqladeşdə sərnişin avtobusu gölməçəyə düşdü: Azı 17 nəfər öldü

Banqladeşin Calokati rayonunda sərnişin avtobusunun yoldan çıxaraq su hövzəsinə düşməsi nəticəsində azı 17 nəfər ölüb, 45 nəfər yaralanıb.

Rayonun polis rəisi Məhəmməd Afruzul Huke Tutul bildirib ki, qəza şənbə günü paytaxt Dəkkədən təxminən 200 kilometr cənubda baş verib.

Onun sözlərinə görə, 13 sərnişin yerindəcə ölüb. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıblar və daha dörd nəfər yolda keçinib. Polis zabiti qeyd edib ki, xəsarət alan sərnişinlərdən bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Qurum rəsmisinin sözlərinə görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Mənbə: mignews.com

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar