26 
iyl
2023
12:21
201

Vətən müharibəsində yaralanan 4 000-dək hərbi qulluqçuya əlillik təyin edilib

26 iyl, 2023
12:21
201

Vətən müharibəsində yaralanan 4 000-dək hərbi qulluqçuya əlillik təyin edilib

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib.

Bu barədə Den.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İlk mərhələdə həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir.

Artıq bu kateqoriyadan olan 3967 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar