26 
iyl
2023
12:22
169

Həbsdə olan sabiq icra başçısı azadlığa buraxıldı

26 iyl, 2023
12:22
169

Həbsdə olan sabiq icra başçısı azadlığa buraxıldı

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

Den.az APA-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.

Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib.

Nizami Rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar