26 
iyl
2023
17:23
118

Prezidentdən “ASAN xidmət”lə bağlı FƏRMAN

26 iyl, 2023
17:23
118

Prezidentdən “ASAN xidmət”lə bağlı FƏRMAN

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin siyahısı genişləndirilib.
 
Den.az-ın xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
 
Fərmanla “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:
 
- daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
 
- daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
 
- daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
 
- daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
 
- torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
 
- daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
 
- yerquruluşu planının verilməsi;
 
- daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
 
- ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
 
- ünvan xəritələrindən çıxarışların verilməsi;
 
- daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
 
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
 
Energetika sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
 
- ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
 
- ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
 
- mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
 
- Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
 
- elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
 


- elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
 
- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
 
- qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
 
- qazın nəqli üçün icazənin verilməsi;
 
- qazın paylanmasına icazənin verilməsi;
 
- yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
 
- neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
 
- neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
 
- neft və neft məhsullarının emalına icazənin verilməsi;
 
- neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;
 
Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
 
- təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
 
- sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;
 
Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
 
- təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
 
- partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;
 
Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
 
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
 
- balıqovlama biletinin verilməsi;
 
- ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
 
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar