30 
may
2023
01:12
194

Ərdoğanla Zelenski arasında telefon danışığı olub, Rusiya-Ukrayna müharibəsi müzakirə edilib

30 may, 2023
01:12
194

Ərdoğanla Zelenski arasında telefon danışığı olub, Rusiya-Ukrayna müharibəsi müzakirə edilib

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Rusiya-Ukrayna müharibəsində baş verənlər və regional məsələlər müzakirə edilib.
“Əminəm ki, gələcək əməkdaşlığımız bütün səviyyələrdə xalqımıza və beynəlxalq sabitliyə daha çox fayda gətirə biləcək. Regionumuzun və bütün Avropanın təhlükəsizliyi, dünyanın ərzaq təhlükəsizliyi, beynəlxalq hüququn fundamental normalarının qorunması gördüyümüz işlərdir, biz bunu birlikdə edirik və edəcəyik!”, - Zelenski bildirib.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar