27 
iyl
2023
02:15
178

Bakıda 5 avtomobil və 1 motosiklet toqquşdu-FOTO

27 iyl, 2023
02:15
178

Bakıda 5 avtomobil və 1 motosiklet toqquşdu-FOTO

Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

Den.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində beş avtomobil və bir motosiklet toqquşub.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Zəncirvari qəza "Opel", "Kia Rio", "Nissan", "Volkswagen", "Toyota Prado" və motosikletin iştirakı ilə olub. Hadisədə motosikletin və "Volkswagen" markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xədarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəza nəticəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillərə ciddi ziyan dəyib. 

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar