27 
iyl
2023
22:33
255

Gənclər və İdman Nazirliyi "İdman Həftəsi" adlı tədbir keçirib - FOTOLAR

27 iyl, 2023
22:33
255

Gənclər və İdman Nazirliyi "İdman Həftəsi" adlı tədbir keçirib - FOTOLAR

Azərbaycanın Gənclər və İdman Nazirliyi "İdman Həftəsi" adlı tədbir keçirib.

Den.az xəbər verir ki, Abşeron rayon Xırdalan şəhərində keçirilən tədbirdə Abşeron rayon Taekvondo Komandasının Baş məşqçisi Rauf Rəhimovun, məşqçi müəllim Samir Məhərrəmovun və "Azəri" Taekvondo Klubunun Xırdalan filialinin Baş məşqçisi Hüseyn Mehrəliyevin rəhbərliyi ilə Taekvondo idman növü üzrə açıq havada dərslər keçirilib.

Tədbirdə 100-ə yaxın uşaq, yeniyetmə və gənc İdmançı iştrak edib. Tədbirin keçirilməsində məqsəd İdmanın ölkəmizdə kütləvi şəkildə təbliği və gənc nəsli pis vərdişlərdən çəkindirərək İdman növlərinə yönəltməkdir.

Tədbirdə Abşeron-Xızı Regional Gənclər İdman idarəsinin Rəisi Fuad Babayev, rəis müavini Rüfət Mahmudzadə və Kamran Quliyev də İştrak edərək idmançılarla söhbət aparıblar.

Sonda xatirə şəkili çəkilib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar