Xəbərin Kateqoriyası: Şou-Biznes

Dilarə təqdimatına qırmızı geyimi və rəqsi ilə damğa vurdu – FOTO/VİDEO



Müğənni Dilarə Kazımova ötən gün məşhur hotellərin birində “Azərbaycan” adlı layihəsini təqdim edib.

Den.Az xəbər verir ki, klipin təqdimatından öncə “Nero Dance” qrupu ilə möhtəşəm rəqs performansı göstərən Kazımova qırmızı libası ilə diqqət çəkib.

Tədbirə ABD Malik, Elnarə Xəlilova, Roza Zərgərli, Hacı Nuran, Könül Muxtarova, Fatimə Fətəliyeva, Rəqqasə Renka kimi məşhurlar da qatılaraq Dilarəyə dəstək olub.

Klipi barədə məlumat verən Dilarə bildirib ki, aylardır layihə üzərində iş gedir:

“Yanvar ayından etibarən layihə üzərində çalışırıq. İdeya mənə məxsusdur. Musiqisini Givi Usenashvilli və mən yazmışam. Sözləri isə Leyla KazımovaNigar Məmmədovaya aiddir. Mahnı iki dildədir.


Düşündük ki, belə rəqs tipli milli mahnılarımız azdır. İngilis dilində olmasının digər səbəbi isə hər kəsin mahnını başa düşə bilməsidir. Əsas məqsəd Azərbaycanın zəngin irsi, tarixi, görməli yerləri və mədəniyyəti barədə məlumat verməkdir”.

Dilarə Kazımova: Azərbaycanın seks simvoluyam

Müğənni layihəni həyata keçirdiyi üçün qürur duyduğunu bildirib:

“Qürur duyuram ki, bu layihəni məhz mən və komandamız ərsəyə gətirdi. Klipdə daha çox rəqslərə üstünlük verdik. Çəkilişlərimiz İçərişəhərdə, Qobustanda baş tutub. Düşünürəm ki, layihəm maraqla qarşılanacaq. Layihədə istifadə olunan geyimləri modelyer Səbinə Hüseyn ərsəyə gətirib. Bu geyimlərdə Azərbaycanın milli ornamentləri əks olunub”.

Mahnının muğam hissəsini isə Kənan Bəşirov ifa edib. Bundan başqa, ekran işində 35 könüllü yer alıb.

Çəkilişdə Binə Atçılıq Mərkəzində yerləşən, Azərbaycan Respublikası Atçılıq federasiyası, Baku Media Centre, Zeytun Bağları nişan markası İçərişəhər Meriyası köməklik göstərib.

Gecənin aparıcılığını isə Rəvan Rəd edib, DJ qismində səhnəyə çıxan isə DJ AKG olub.

Onu da qeyd edək ki, layihənin rəhbəri “Boomerang Label” şirkətinin direktoru Nigar Məmmədovadır. 



скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız