30 
iyl
2023
09:52
149

Kürdəmirdə baş verən dəhşətli ağır yol qəzasında iki nəfər dünyasını dəyişib-FOTO

30 iyl, 2023
09:52
149

Kürdəmirdə baş verən dəhşətli ağır yol qəzasında iki nəfər dünyasını dəyişib-FOTO

Kürdəmirdə baş verən dəhşətli ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
"DEN.AZ" xəbər verir ki,hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki içərisi meyvə ilə dolu olan “FORD TRANZİT” markalı yük maşınının sürücüsü 21 yaşlı Qarayev Anar Seyfulla oğlu Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən sürücü Ağdam sakini Əmirov Sadiq Yəhya oğlunun idarə etdiyi və mişar daşı ilə dolu olan “KAMAZ” markalı yük maşınına çırpılıb.Nəticədə FORD” markalı yük maşınının sürücüsü Anar Qarayev və onun sərnişini Hacıyev Eldar Müslüm oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.Bundan başqa yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin meyidləri Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Qəza -Xilasetmə dəstəsinin əməkdaşları  tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Hadisə zamanı yola dağılan meyvələr səbəbindən Bakı-Qazax yolunda avtomobillərin gediş gəlişində çətinlik yaranıb.Hazırda faktla bağlı araşdırma aparılır.






DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar