avq
2023
18:18
425

Efirdəki biabırçılığa Xalq artistindən sərt reaksiya - "Səni yaxşı tikir?"

2 avq, 2023
18:18
425

Efirdəki biabırçılığa Xalq artistindən sərt reaksiya - "Səni yaxşı tikir?"

Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərlinin qonaq olduğu efirlərin birində ədəbsiz söhbət baş tutub.

Den.az bizim.media-ya istinadən bildriir ki, Roza Zərgərli verilişdəki şəxslərlə öz həkimi barədə danışarkən söhbət başqa məcraya yönəlib. Roza Zərgərli "bu həkimi çox bəyənirəm" dedikdən sonra verilişin aparıcısı ona "o səni yaxşı tikir?" deyə soruşub. Roza Zərgərli də "hə, həm moskovski də, bakinski tikir"- deyərək cavab verib.

Təbii ki, Roza Zərgərlinin bu mükaliməsi sosial şəbəkələrdə qınağa tuş gəlib. Hər kəs müğənnini tərbiyəsiz danışığına görə tənqid edib.
Mövzu ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. 

Xalq artisti Bizim.Media-ya açıqlamasında Roza Zərgərliyə sərt təpki göstərib:

"Roza Zərgərlinin bu cür danışmasında təəccüblü heç nə yoxdur. Çünki, Roza nə bilir sənət nədir?! Ona görə də bildiyi şeydən danışır. Günah Rozada deyil. Günah onu çəkilişə dəvət edəndə, bir də bizlərdədir. Belələrini toylarımıza çağırıb, yarım saatına 3-4 min pul verəndə onlar da özlərini böyük sənətkar sayacaqlar da... Onlar da efirə çıxanda ya orasın-burasın göstərir, ya da bu cür tərbiyəsiz söhbətlər edirlər".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar