avq
2023
00:07
251

“Neftçi” növbəti mərhələyə keçdi

4 avq, 2023
00:07
251

“Neftçi” növbəti mərhələyə keçdi

“Neftçi” bu gün növbəti avrokubok oyununu keçirib.

Den.az Apasport.az saytına istinadən xəbər verir ki, Bakı klubu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında qələbə qazanıb.

Bosniya və Herseqovinada məğlubiyyətdən son dəqiqələrdə qaçan “ağ-qaralar” öz meydanında azarkeşlərini sevindiriblər. “Bakcell Arena”dakı görüş baş məşqçi Adrian Mutunun doğma divarlar arasında ilk sınağı olub.

Hər hissədə bir qol vuran “Neftçi” növbəti mərhələyə adlayıb. Komandanın qollarını Sayef və Matias vurublar.
 
Qeyd edək ki, bu cütün qalibi “Beşiktaş” və “Tirana” arasında duelin güclüsü ilə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar