avq
2023
02:03
198

Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı ABŞ ilə danışıqlara başlayıb

4 avq, 2023
02:03
198

Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı ABŞ ilə danışıqlara başlayıb - FOTO

Ukrayna ABŞ ilə təhlükəsizlik zəmanətinin verilməsinə dair ikitərəfli razılaşma üzrə danışıqlara başlayıb.
"Den.az" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi 
məlumat yayıb.
Prezident Ofisinin press-relizində bildirilib ki, “bu təhlükəsizlik zəmanəti Ukraynanın Aİ və NATO da daxil olmaqla Avro-Atlantik birliyə gələcək üzvlüyünə doğru irəliləyişini artıracaq ki, bu da əsas məqsəd və təhlükəsizliyin möhkəm təminatıdır”.
“Ən böyük strateji tərəfdaşımız olan Amerika Birləşmiş Ştatlarının Ukraynanın bu prosesə başladığı ilk ölkə olması simvolikdir. Bu yolla digər tərəfdaşlar üçün də uğurlu model yaradırıq”, - Prezident Ofisinin rəhbəri Andriy Yermak vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar