avq
2023
19:57
250

TƏCİLİ: Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğına helikopterlər cəlb olundu

6 avq, 2023
19:57
250

TƏCİLİ: Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğına helikopterlər cəlb olundu - FOTO

Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğına helikopterlər cəlb olundu



"Den.az"-ın yerli bürosu xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ETSN-in yerli qurumlarının əməkdaşları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin iki helikopteri hadisə ilə əlaqədar əraziyə cəlb olunub

"Hazırda intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir”.


Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün  vətəndaşları ehtiyatlı və diqqətli olmağa,  yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.


Aydın Adıgözəlov
Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar