10 
avq
2023
00:29
148

"Neftçi"dən yeni TRANSFER

10 avq, 2023
00:29
148

"Neftçi"dən yeni TRANSFER

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Den.az xəbər verir ki, klubdan verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
 
Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.
 
Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
 
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar