10 
avq
2023
00:38
118
Yuxarı
Universiadada 3-cü yeri tutan avarçəkən: "Bir saniyə fərqlə qızıl medalı əldən verdim"
10 avq, 2023
00:38
118
Universiadada 3-cü yeri tutan avarçəkən: "Bir saniyə fərqlə qızıl medalı əldən verdim" - FOTO
"Finalda bəxtim gətirmədi və bir saniyə fərqlə qızıl medalı əldən verdim".
"Den.az" "Report"-a istinadən xəbər verir ki, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanan Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Bir nəfərlik akademik avarçəkmə qayığı ilə 2 000 metr məsafəyə mübarizədə 3-cü yeri tutan idmançı yarımfinal və final yarışlarının ağır keçdiyini söyləyib: "Son 20 metr məsafəyə daxil olarkən öndə idim. Amma idmanda kimin çempion olacağını əvvəlcədən demək olmaz".
O bildirib ki, bundan sonra daha çox işləmək lazımdır: "Növbəti yarışlarda bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirməyə çalışacağam".
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar