Xəbərin Kateqoriyası: Şou-Biznes / Maraqli məlumatlar

Əfsanəvi rok musiqiçisi Bakıya gəlir

Dekabrın 15-də Bakı Kitab Mərkəzində  “Rammstein” qrupunun solisti, əfsanəvi rok musiqiçi Till Lindemann ilə görüş keçiriləcək.

Den.Az-ın məlumatına görə, görüş saat 18:00-da başlayacaq.

Görüşdə Till Lindemann eksklüziv avtoqraf sessiya keçirəcək. Qonaqlar onun imzası ilə “Sakit bir gecə. Lirika” şeirlər toplusunu almaq fürsətini qazanacaqlar. 

Bu kitab artıq danılmaz bestseller kitablar sırasına daxil olub. Kitabda şeirlərin mətnləri alman və rus dillərində də təqdim olunur. Kitabdakı füsunkar illüstrasiyaların müəllifi - Till Lindemannın dostu, rəssam Mattias Mattisdir.

Tədbirdə iştirak üçün əsas şərt “Sakit bir gecə. Lirika” kitabının Bakı Kitab Mərkəzində əldə edilməsidir. Kitabı bu gündən etibarən Bakı Kitab Mərkəzində almaq olar. Yerlər məhdud olduğuna görə bir kitab bir nəfər üçün giriş bileti hesab olunur. Kitabın qiyməti 25 manatdır.


скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız