16 
avq
2023
14:24
160

Prezidentin tarixi fotosu: 50 il sonra… - FOTO

16 avq, 2023
14:24
160

Prezidentin tarixi fotosu: 50 il sonra… - FOTO

Prezident İlham Əliyevin bir çoxlarının görmədiyi fotosunun tarixi barədə maraqlı məlumat müəyyən olunub.

“Den.az”
xəbər verir ki, həmin görüntü 50 il öncə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konfransında çəkilib.


Dövlət başçısı həmin mötəbər konfransda iştirak edib və tədbirdən xatirə fotosu çəkilib. Fotodakılar dövrünün ən məşhur sovet kosmonavtlarından Bereqovoy, Şatalov, Sevastyanov və amerikalı astronavt Tomas Stafford və Azərbaycan SSR-nin rəhbəri Heydər Əliyevdir.
Qeyd edək ki, növbəti 72-ci Beynəlxalq Astronavtika Konkresi bu ilin payızında Bakıda keçiriləcək. 
71-ci Beynəlxalq Astronavtika Konkresində çıxış edən Azərbaycan Prezidenti deyib ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. 

“Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 Respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi, xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması, çox rəmzi məna kəsb edəcək”, - Prezident qeyd edib.

Dövlət başçısı əminliklə qeyd edib ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək.
Ölkə.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar