16 
avq
2023
17:03
123

Aİ Azərbaycanla bağlı paylaşımı niyə sildi? – AÇIQLAMA

16 avq, 2023
17:03
123

Aİ Azərbaycanla bağlı paylaşımı niyə sildi? – AÇIQLAMA

Avropa İttifaqının Ermənistandakı mülki missiyasının sərgilədiyi mövqe bir daha onların necə riyakar olduğunu ortaya qoydu.

Den.az bildirir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib.


Onun sözlərinə görə, Azərbaycan zamanında Avropa İttifaqının missiyasının səmimi olmayacağını əvvəlcədən bildiyindən öz ərazisində fəaliyyətinə imkan verməyib. 

“Bu özünü Aİ mülki missyasının Ermənistan başladığı ilk günlərdən xoşməramlı missiya olmadığını özü sübut etdi. Azərbaycan tərəfi Aİ missiyasının qeyri-obyektiv, qərəzli missiyası ilə bağlı dəfələrlə mövqeyini açıqlayaraq narahatlığını ifadə edib. Son vaxtlarda, xüsusən də Ermənistanın “humanitar böhran” şousunda da biz Aİ müşahidəçilərinin hansı mövqe sərgilədiyinin və bunun bölgədə sülhə xidmət etmədiyinin şahidi olduq. Amma Aİ missiyasının avqustun 15-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Aİ müşahidəçilərinə atəş açması ilə bağlı dezinformasiyasını əvvəlcə təkzib edib, sonradan bunu təsdiq etməsi, bu, avropalı müşahidəçilərin deyil, bütövlükdə Avropa riyakarlığının pik həddi idi. Bu, bir daha onu sübut etdi ki, həmin müşahidə missiyası Ermənistan ərazisində xüsusi sifarişləri icra edirlər. Əgər belə olmasaydı, onlar verdikləri açıqlamanı sonradan təkzib etməzdilər. Görünür, onlar hansısa mərkəzdən verilən tapşırıqdan sonra mövqelərini dəyişməli olublar”, - deputat qeyd edib.

O əlavə edib ki, Aİ missiyası hələ utanmadan guya onları “atəşə” tutan bəlli olmayan bir video da paylaşmalı oldular: “Bununla da Aİ-nin Ermənistandakı missiyası nə qədər qərəzli və hansısa məqsədlərə xidmət etdiyini nümayiş etdirməklə Azərbaycan dövlətini növbəti dəfə haqlı çıxarmış oldu. Çünki bu missiya əvvəlcədən bölgədə sülhə deyil, gərginliyi artırmaqla sülh prosesini uzatmağa maraqlıdırlar. Aİ müşahidəçilərinin bölgədə sülhün əldə olunmasına əngəllik yaratmaqda bəzi güclərin əlində ələt olması isə çox təəssüf doğurur”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar