16 
avq
2023
19:44
170

Kürdəmirdə avtomobil kanala aşdı - Ölənlər var

16 avq, 2023
19:44
170

Kürdəmirdə avtomobil kanala aşdı - Ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobilin suvarma kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Den.az” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar