17 
avq
2023
10:58
301

Xaçmazda bədbəxt hadisə nəticəsində fəhlənin qolu amputasiya edildi

17 avq, 2023
10:58
301

Xaçmazda bədbəxt hadisə nəticəsində fəhlənin qolu amputasiya edildi -FOTO


Xaçmazda çörək zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

"Den.az" yerli  bürosunun məlumatına görə, hadisə səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "NUR" çörək bişirmə zavodunda baş verib.

Belə ki, zavodda fəhlə işləyən, Quba rayonu Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Tele-Zadə Muxtar Hidayət oğlunun ehtiyatsızlıqdan qolu xəmir qarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb. 

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq dərhal əməliyyat olunub, qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar