19 
avq
2023
23:08
198

Qusarda idarəetmədən çıxan avtomobil ağaca çırpılıb

19 avq, 2023
23:08
198

Qusarda idarəetmədən çıxan avtomobil ağaca çırpılıb - FOTO

Qusar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Den.az”ın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayon ərazisində qeydə alınıb.


Belə ki, “VAZ-21015” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.


Qəza nəticəsində avtomobilin sürücüsü rayon sakini 1998-ci il təvəllüdlü Qaraxanov İlkin Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla bağlı araşdırma aparılır.


Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar