20 
avq
2023
20:18
206

Ruben Araiki ələ saldı: Bəs, “istefa” verəcəkdin?

20 avq, 2023
20:18
206

Ruben Araiki ələ saldı: Bəs, “istefa” verəcəkdin? - FOTO

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıların rəhbəri Araik Arutyunyanın “istefaya gedəcəyi” ilə bağlı müzakirə davam edir.

"Den.az" xəbər verir ki, Qarabağa göndərilən rusiyalı milyarder Ruben Vardanyan da məsələyə reaksiya verib.


O, sosial şəbəkə hesabından Arutyunyanı ələ salıb:


“Həftənin əvvəlində dediniz ki, istefaya gedəcəksiniz və artıq qərar vermisiniz deyə, inandırmağa ehtiyac olmadığını bildirdiniz. İlk dəfə deyildi. Həmin görüşdə iştirak edən 8 nəfərin bir hissəsi sizin sözlərinizə inanmadı. Başqa bir hissəsi dedi, bəlkə bu dəfə düz deyir? Çox təəssüf ki, “birinci insan”ın sözü inam yaratmır”.


Qeyd edək ki, bundan öncə guya Arutyunyanın “istefa”sı haqda məlumat vermək üçün iclas keçirdiyi və bu iclasda Ruben Vardanyanın da iştirak etdiyi haqda erməni mediası informasiya yaymışdı. İddia edilirdi ki, o iclasda Arutyunyanı “istefa” verməkdən çəkindiriblər.(Axar.az)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar