20 
avq
2023
20:47
232

Zelenski: "Niderland və Danimarka Ukraynaya 42 F-16 qırıcısı verəcək"

20 avq, 2023
20:47
232

Zelenski: "Niderland və Danimarka Ukraynaya 42 F-16 qırıcısı verəcək" - FOTO

Niderlandın baş naziri Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə ölkəsinin və Danimarkanın F-16 qırıcılarını Kiyevə təhvil verəcəyini bildirib.

"Den.az" bu barədə "Associated Press"ə istinadən xəbər verir. 

Zelenski "Telegram"da yazıb ki, 42 təyyarə ukraynalı pilotlara onları idarə etmək üçün təlim keçdikdən sonra təhvil veriləcək.

Agentliyin məlumatına görə, Ruttenin bəyanatı baş nazir və Zelenski iki boz rəngli F-16 təyyarəsini yoxladıqdan bir neçə dəqiqə sonra edilib. Təyyarələr siyasətçilərin toplantısının keçirildiyi ölkənin cənubunda yerləşən Eyndhoven şəhərindəki hava qüvvələri bazasında anqarda saxlanılıb. Agentlik qeyd edir ki, qırıcılar şərtlər yerinə yetirildikdən sonra təhvil veriləcək.

Bu gün, avqustun 20-də Zelenski Ukraynanın birinci xanımı Yelena Zelenska və komandası ilə birlikdə Mark Rutte ilə görüşmək üçün Niderlanda yollanıb. Bildirilib ki, görüşdə Kiyevə F-16 qırıcılarının tədarükü, eləcə də qlobal "sülh sammiti” müzakirə olunacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar