20 
avq
2023
21:04
220

Bu şirkətin avtobusu keçən dəfə aşıb... İndi isə qapısı açıq gedir...VİDEO

20 avq, 2023
21:04
220

Bu şirkətin avtobusu keçən dəfə aşıb... İndi isə qapısı açıq gedir...VİDEO

Magistral yolda sürücü avtobusu qapısı açıq idarə edir.

Sürətin saatda 90-100 olduğu bir halda sürücü sərnişinlərin həyatını təhlükləyə atır.


Kadrlar Bakı-Quba yolunda qeydə alınıb. Həmin anı çəkib ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərən başqa bir sürücü iddia edir ki, avtobus ''Uğurlu Yol'' Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur.


Qeyd edək ki, həmin daşıyıcı şirkətə məxsus avtobusun daha bir sürücüsü bir neçə gün əvvəl də Qusar- Quba yolunda idaretməni itirərək avtobusu aşırmışdı. Nəticədə 22 nəfər xəsarət almışdı. Kadrları izləyən yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov deyir ki, sürücü burda kobud qayda pozuntusuna yol verib.


Ekspert hesab edir ki, sərnişindaşıma ilə məşğul olanların məsuliyyəti çox olmalıdır. Daşıyıcı şirkətlər sürücülərə daha diqqətli olmalarını tələb etməli və yol hərəkəti qaydalarını pozmamalarını onların qarşısında öhdəlik kimi qoymalıdırlar.


Sözügedən qayda pozuntusu ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, bu məsələ həftənin bazar ertəsi daşıyıcı şirkətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək. 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:Xezerxeber.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar