21 
avq
2023
18:15
188

Fərid Səfərli Azərbaycana təhvil verilə bilərmi?

21 avq, 2023
18:15
188

Fərid Səfərli Azərbaycana təhvil verilə bilərmi?

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin məhkəmə araşdırması başa çatdıqdan sonra ona 2 il həbs cəzası verilib.

Bəs, Fərid Səfərli Azərbaycana təhvil verilə bilərmi? 

Den.az bildirir ki, Bu barədə News24.az-a danışan prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Fərid Səfərli Azərbaycana təhvil verilə bilər:

Azərbaycanla İran arasında müqavilə var. Həmin müqaviləyə görə, Azərbaycan vətəndaşları İran məhkəmələri tərəfindən həbs edilirsə, barələrində qərar qəbul edilirsə, onların Azərbaycan ekstradisiyası, yəni köçürülməsi mümkündür. Eyni zamanda İran vətəndaşları da Azərbaycanda həbs edilirsə, İrana köçürülməsi mümkündür. Dəfələrlə praktikada belə hallar olub. Azərbaycanla İran arasında qarşılıqlı müqaviləyə əsaslanaraq Fərid Azərbaycana təhvil verilə bilər.  Eyni zamanda İran tərəfdən Fəridin vaxtından öncə həbsdən azad edilməsi, əfv olunması da  baş tuta bilər.  Bu prorses tezliklə də ola bilər".

Ə.Nuriyev onu da vurğuladı ki, Fərid Səfərlinin ekstradisiyası üçün Azərbaycan Ədliyyə Nazirliyi İrana rəsmi müraciət etməldir. Amma İran onu qaytarmaya da bilər. Çünki onlar bilir ki, Azərbaycana dönən kimi F.Səfərli azad ediləcək. Necə ki, İran həbs etdiyimiz narkotika alverçilərini qautaran kimi dərhal həbsdən azad edir: 

"İndiyədək olan təcrübədə İran tərəfi bizə müraciət edib həbsdə olan şəxsləri təhvil alıb. Eləcə də biz.  Xüsusilə narkotik vasitələrin dövriyyəsi ilə bağlı İran vətəndaşları Azərbaycanda həbs edilib və bir müddət sonra İrana təhvil verilib. Onlar da dərhal azad ediblər. Ona görə, bəzi hallarda isə biz narko kuryerləri vermirik, çünki həmin şəxslərin öz ölkəsində o cəzanı çəkəcəyindən əmin deyilik. 

Ekstradisiya üçün ya XİN , ya da Ədliyyə Nazirliyi müraciət etməlidir. Fəridin hər hansısa cinayət törətməsinə inanmıram. O zaman Azərbaycanla-İran arasında münasibətlər pisləşməsindən, İrana işləyən casus şəbəkələrin ifşası səbəbindən yaranan gərginlikdən istifadə etdilər və onu  belə ittihamla həbsxanaya saldılar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar