Xəbərin Kateqoriyası: Şou-Biznes / Xəbərlər

"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

 

Türkiyənin "Kanal 7" ekranlarında yayımlananan "Yemin" serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub. Yağmurun kim olması hamının marağına səbəb olub.

Den.Az ölkə.az-a istinadən bildirir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi  aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən  "Vicdan haqqı" serialında əsas rollardan birinin ifaçısı olub.

Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini  bildirib:

"Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur".
İstanbulda özünü yad hiss etməyən Yağmur qeyd edib ki, filmə çəkilməyi gözlədiyindən də yaxşı oldu:

"Anam yanımda olmasa da, çəkiliş qrupu mənə çox isti münasibət bəsləyir. Biz iki dövlət, bir millətik. Sağ olsunlar, məni əl üstündə saxlayırlar".

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız