23 
avq
2023
18:10
188

Temperatur 7 dərəcə aşağı enəcək - Xəbərdarlıq

23 avq, 2023
18:10
188

Temperatur 7 dərəcə aşağı enəcək - Xəbərdarlıq

Bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Den.az-a verilən məlumata görə, ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar