23 
iyn
2023
08:28
357

Xudatda inəyin buynuzu sahibinin qarnını deşdi

23 iyn, 2023
08:28
357

Xudatda inəyin buynuzu sahibinin qarnını deşdi -FOTO

Xudatda inək buynuzu ilə sahibinin qarnını deşib.

"Den.az"-ın Şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhəri, Şollar qəsəbəsində hadisə səhər saatlarında baş verib. 
Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Bayramov Mövlud İsmayıl oğlu səhər saatlarında tovləsindəki heyvanlara yem qoymaq üçün tövləyə girdikdə inək qəflətən başını çevirib və buynuzu onun qarnına girib. 
Ailə üzvləri Xudat şəhər Xəstəxanasına zəng edərək yardım istəyiblər. Hadisə yerinə TTYB göndərilib, ilkin tibbi yardım göstərildikdən sonra, xəstə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada yaralıya tibbi yardım göstərilib, yara tikilib, xəstənin vəziyyəti orta-ağır olduğundan stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar