Xəbərin Kateqoriyası: Tibb (Sağlamlıq)

Qıcqırmanı yox edən sınanmış unikal vasitə

Qıcqırma - döş sümüyü arxasında, boğazda, qida borusu boyunca hiss olunan yandırma hissidir.

Qıcqırma halları insanların əksəriyyətində olur. Bunun səbəbi qidanın çoxlu miqdarda qəbulu, bəzi qidalar, ədviyyatlar, spirtli içkilər və s., insanda artıq çəki ola bilər.

Lakin bu simptom tez-tez təkrarlanırsa, bu artıq hər hansı pozulmanın əlaməti ola bilər. Bu halda qastroenteroloqa müraciət etmək və lazım olan müayinələrdən keçmək lazımdır.

Qıcqırmanı yox etmək üçün xüsusi dərman preparaları mövcuddur. Lakin belə dərmanlar olmadığı halda adi vasitələrlə qıcqırma ilə çox asan mübarizə aparmaq olar.

Qıcqırmanı ev şəraitində yox etmək üçün bu kimi təbii vasitələrdən istifadə edin:

1. 1/2 stəkan suya 1/2 çay qaşığı soda əlavə edin, qarışdırın və kiçik qurtumlarla için. Bu vasitə çox tez kömək edir. Lakin bundan süi-istifadə etmək olmaz.

2. 1 stəkan ilıq süd için. Bu da çox effektli sınanmış vasitədir.

3. 1 çay qaşığı bitki yağı için.

4. Qünəbaxan tumları qıcqırmanı azaldır.

5. Yulaf yarması ("qerkules") sıyığı çox yaxşı kömək edir. Duru selikli sıyıq olmalıdır.

6. Kartof şirəsi də yaxşı kömək edir.

7. 2-3 ləpə qoz və ya badam qıcqırmanı yox edir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız