25 
iyn
2023
05:29
211

Tokayev Təhlükəsizlik Şurasını toplayır

25 iyn, 2023
05:29
211

Tokayev Təhlükəsizlik Şurasını toplayır - FOTO

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bazar günü Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək və burada Rusiyadakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini dinləyəcək.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Sabah səhər prezident Qasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək. Dövlət başçısı baş nazirin, hüquq-mühafizə orqanları rəhbərlərinin Rusiyada yaranmış vəziyyətlə əlaqədar onun tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən tədbirlərlə bağlı məruzələrini dinləyəcək”, - məlumatda deyilir.
Mətbuat xidmətində qeyd olunduğu kimi, “qonşu dövlətdəki vəziyyətin Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinə və ölkənin iqtisadiyyatına təsirinin mümkün mənfi nəticələrinin zərərsizləşdirilməsi üzrə operativ tədbirlər planının qəbulu gözlənilir”.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar